"Çelsi"də mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

13:53 - 12 May 2019

İngiltərənin "Çelsi" klubunda mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən sorğuda belçikalı futbolçu Eden Hazard hamını qabaqlayıb.

 

Ən yaxşı gənc futbolçu adına ingiltərəli hücumçu Kollum Hadson-Odoi layiq görülüb.

 

Eden Hazard cari mövsüm 39 oyuna 19 qol vurub, 18 assist edib.

Xəbər xətti