AFFA-dan klublara cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Səbail” – “Keşlə” matçında  “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. 

 

Oyunun 51-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. 

 

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Neftçi” – “Qarabağ” matçında  “Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Tarix: 14 May [15:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyul 2019
18  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio