"Zirə"dən ayrıldığını açıqladı

"Zirə"də növbəti ayrılıq baş verib.

 

Sportal.az saytına açıqlamasında Sadiq Quliyev qəsəbə klubu ilə müqaviləsini uzatmayacağını deyib. 24 yaşlı müdafiəçi azad agent statusuna yiyələnib.

 

Sadiq Quliyev "Zirə"də ilk mövsümünü 2015/16 mövsümündə keçirib və Premyer Liqada gümüş medal qazanıb. 2017-ci ilin yayında Quliyev "Qəbələ"dən "Zirə"yə birdəfəlik keçib. O, başa çatan mövsümdə 6 oyun keçirib.

 

Daha öncə Pərdis Fərcad-Azad və kapitan Kamal Bayramov "Zirə"dən ayrılmışdı.

Tarix: 15 May [21:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio