"Mançester Yunayted"dən ayrılan futbolçu PSJ-də

PSJ "Mançester Yunayted"dən ayrılan Ander Herrera ilə anlaşma əldə edib.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, Paris klubu ispaniyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu həftəlik 300 min funt-sterlinq maaş alacaq.

 

İspaniya "Saraqosa"sının akademiyasında yetişən Herrera 2011-ci ildə 7,5 milyon avroya Bilbao "Atletik"inə keçmişdi. 2014-cü ildə "Mançester Yunayted" futbolçunu 36 milyon avro qarşılığında transfer etmişdi.

Tarix: 16 May [11:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2019
20  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio