Dadaşov baş məşqçisiz qaldı

12:42 - 19 May 2019

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın "Proyssen" klubu baş məşqçisi Marko Antverpenlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, III Bundesliqa təmsilçisi 47 yaşlı mütəxəssislə başa çatan müqaviləni uzatmayıb.

 

Antverpen 2017-ci ildən Münster təmsilçisini çalışdırırdı. "Proyssen" mövsümü 8-ci pillədə başa vurub.

Xəbər xətti