"Qəbələ" mükafatlandırıldı VİDEO

00:00 - 20 May 2019

Azərbaycan kubokunda final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi.

 

Sportal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, NMR futbol federasiyasının sədri Səbuhi Şahveridev iştirak etdi.

 

Əvvəlcə görüşün hakimləri, AFFA nümayəndəsi və hakim-inspektora xüsusi hədiyyələr verildi, gümüş medalın sahibi “Sumqayıt” futbolçuları mükafatlandırıldı. Daha sonra qalib “Qəbələ”yə qızıl medallar və kubok təqdim edildi.

 

Xəbər xətti