"Napoli" "İnter"i darmadağın etdi VİDEO

01:32 - 20 May 2019

İtaliya A Seriyasında 37-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Napoli" evdə "İnter"i 4:1 hesabı ilə məğlub edib.

 

A Seriyasında turnir cədvəlinə 90 xalla "Yuventus" başçılıq edir. "Napoli" 79 xalla 2-cidir. "Atalanta" və "İnter" 66 xalla 3-4-cü yerləri bölüşür. "Milan" 65 xalla 5-ci, "Roma" 63 xalla 6-cıdır.

 

"Napoli" - "İnter" - 4:1

Qollar: Zelinski, 16, Mertens, 61, Ruis, 71, 78 - İkardi, 81 (pen.)

 

Xəbər xətti