Abdullah Avcı "Beşiktaş"da?

18:54 - 20 May 2019

Mövsümün sonunda Şenol Günəşlə yolları ayıracaq "Beşiktaş" baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul klubu Abdullah Avcı və Mirça Luçeksu ilə danışıqlar aparacaq.

 

"Başakşəhər"də çempionluğu qaçıran Abdullah Avcı təklifi qəbul etsə, onunla müqavilə imzalanacaq. 55 yaşlı bu mütəxəssislə bu həftə görüş baş tutacaq.

 

"Beşiktaş" Avcıda müsbət cavab almasa, Luçesku ilə təmasa keçəcək. 73 yaşlı mütəxəssis 2002-2004-cü illərdə komandanı çalışdırıb və Türkiyə çempionu edib.

 

Bundan əlavə, Okan Buruk, Sergen Yalçın və Mehmet Özdilek də "qartallar"ın baş məşqçisi postuna namizəddir.

Xəbər xətti