"Çelsi" Pulişiçi təqdim etdi

23:43 - 21 May 2019

“Çelsi” "Borussiya"dan transfer etdiyi Kristian Pulişiçi ictimaiyyətə təqdim edib.

 

Sportal.az klubun saytına xəbər verir ki, London təmsilçisi Dortmund klubuna bu keçid 64 milyon avro təzminat ödəyib.

 

"Zadəganlar" ABŞ millisinin üzvünün transferini yanvar ayında həll etmişdi. FIFA-dan cəza alan "Çelsi" yay transfer dönəmində transfer edə bilməyəcək.

 

20 yaşlı hücumameyilli futbolçu peşəkar karyerasına 2016-cı ildə "Borussiya"da başlayıb.

Xəbər xətti