Riad Rəfiyev Rusiya və Ukraynada baş məşqçi axtarışına çıxdı

12:08 - 22 May 2019

"Sumqayıt" Ayxan Abbasovu baş məşqçi postunda qalmağa razı sala bilmədi. Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzan komandanın çalışdırıcısı postundan gedəcəyini açıqlamışdı.

 

Sportal.az xəbər verir ki, Abbasovun komandanın "sükanı arxası"nda qalmayacağını anlayan klub baş məşqçi axtarışına başlayıb. Klub prezidenti Riad Rəfiyev bunun üçün fəaliyyətə başlayıb.

 

Rəfiyev Rusiya və Ukraynada komanda üçün yeni baş məşqçi axtarır, namizədlər müəyyənləşdirir.

Xəbər xətti