"Səbail"dən rəsmi transfer

Premyer Liqada mövsümü üçüncü pillədə başa vuran "Səbail" ilk transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu "Zirə"dən ayrılan Kamal Bayramovu rənglərinə bağlayıb. 33 yaşlı əlcək sahibi gələn mövsümün sonuna qədər "dənizçilər"də çıxış edəcək.

 

Bayramov 2015-ci ildən "Zirə"nin şərəfini qoruyurdu.

 

"Səbail" Ruslan Qurbanov, Tamazi Tsetsxladze, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri ilə yolları ayırıb, Rahid Əmirquliyev, Aleksandr Rıbka, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Vüqar Bəybalayevlə müqaviləni uzadıb.

 

Tarix: 22 May [15:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Avqust 2019
16  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio