Kamran Ağayev "Sumqayıt"a, Rəşad Əzizli "Keşlə"yə keçir?

17:49 - 24 May 2019

"Keşlə"dən ayrılan Kamran Ağayevin adı "Neftçi" ilə hallansa da, bu transferin reallaşması mümkün görünmür.

 

Azərbaycan millisinin üzvü karyerasını "Sumqayıt"da davam etdirmək istəyir. 33 yaşlı əlcək sahibi "gənclik şəhəri" təmsilçisi ilə uğurlu danışıqlar aparıb. Danışıqlar müsbət yekunlaşsa, Ağayev "Sumqayıt"a keçəcək.

 

"Sumqayıt" qış fasiləsində "Neftçi"dən transfer etdiyi Rəşad Əzizli ilə yolları ayıra bilər.

 

Sportal.az-a açıqlamasında 25 yaşlı qapıçı komandadan ayrıla biləcəyinə işarə vurub: 

 

"Adımın "Keşlə" ilə hallanmasını mətbuatda oxumuşam. Ancaq mən onlardan rəsmi təklif almamışam. "Sumqayıt"dan ayrılacammı? Bunu dəqiq deyə bilməyəcəm. Hər şeyə növbəti həftə aydınlıq gələcək".

Xəbər xətti