Xames "Real"a dönmək istəmir

13:13 - 25 May 2019

Müqavilə ilə Madrid "Real"ına məxsus olan və iki mövsümdür ki, karyerasını "Bavariya"da davam etdirən kolumbiyalı futbolçu Xames Rodriqes gələcəyindən danışıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Bundesliqa klubunda davam etdirmək istədiyini deyib: "Karyeramı hansı klubda davam etdirəcəyimi bilmirəm. "Bavariya"da xoşbəxt olduğumu deyə bilərəm. Burada qalmaq istəyirəm. Növbəti həftə nələr olacağını görəcəyik".

 

"Real" Kolumbiya millisinin üzvünü 2014-cü ildə "Monako"dan 80 milyon avroya transfer etmişdi. Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidanın Rodriqesi planlarında görmədiyi iddia edilir.

 

Qeyd edək ki, Xames başa çatan mövsüm Bundesliqada 28 oyuna 7 qol vurub, 6 assist edib.

Xəbər xətti