Azərbaycan millisinin üzvü İngiltərədə klubunu dəyişdi

00:39 - 26 May 2019

Azərbaycan U-19 millisinin üzvü Serhat Taşdemir İngiltərədə klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi V liqada mübarizə aparan "Fayld"dan I Liqa təmsilçisi "Piterboro Yunayted"ə keçib. Türkiyə əsilli futbolçu ilə 3 illik müqavilə imzalayıb.

 

"Pitersbro" son mövsüm I Liqada 7-ci yeri tutub və Çempionşipə vəsiqə qazana bilməyib.

Xəbər xətti