Mario Balotelli "Marsel"dən getdi

13:45 - 26 May 2019

İtaliya millisinin üzvü Mario Balotelli çıxış etdiyi Fransanın "Marsel" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə başa çatan müqavilə uzadılmayıb. Hücumçu "instagram" hesabında azarkeşlərə və kluba təşəkkür edib.

 

Mario Balotelli qış fasiləsində "Nitsa"dan "Marse"lə keçmişdi. O, keçirdiyi 15 oyunda 8 qol vurub, 1 qırmızı vərəqə alıb.

Xəbər xətti