"Barselona" 9 futbolçu ilə yolları ayırır

14:59 - 26 May 2019

İspaniyanın "Barselona" klubu yayda böyük dəyişikliklər etməyi planlaşdırır.

 

Sportal.az "Sport" qəzetinə istinadən xəbər verir ki, kataloniyalılar Yasper Sillessen, Ceyson Murilyo, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filippe Koutinyo və Kevin-Prins Boatenqlə yolları ayıracaq.

 

Xəbərdə klubun prezidenti Xosep Mariya Bartomeu və kapitanı Lionel Messinin Ernesto Valverdenin baş məşqçi postunda qalmasını istəmədiyi vurğulanıb.

 

"Barselona" başa çatan mövsüm 26-cı dəfə La Liqa çempionu olub. Ancaq komanda Çempionlar Liqasının yarım finalında mübarizəni dayandırıb. Bundan əlavə, katalonlar Kral kubokunun finalında "Valensiya"ya uduzub.

Xəbər xətti