"Real"ın Hazard transferini açıqlayacağı vaxt məlum oldu

15:56 - 29 May 2019

"Real" "Çelsi"dən Eden Hazardın transferini açıqlamağa hazırlaşır.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Avropa Liqasının finalından sonra Madrid klubuna keçəcək. Nəşrin iddiasına görə, "kral klubu" iyunun 3-də bu keçidi açıqlayacaq.

 

28 yaşlı futbolçu ilə 6 illik müqavilə bağlanacaq. Madridlilərin bu keçid üçün London təmsilçisinə 130 milyon avro təzminat ödəyəcəyi iddia edilib. Ulduz futbolçu həftəlik 450 min avro maaş alacaq.

 

Eden Hazard 2012-ci ildən "Çelsi"də çıxış edir. O, Bakıda keçiriləcək Avropa Liqasının finalından sonra yekun qərarını açıqlayacağını deyib.

Xəbər xətti