De Liqt: "Ronaldo məni "Yuventus"a dəvət elədi"

15:53 - 10 İyun 2019

Hollandiya millisinin müdafiəçisi Matteis de Liqt Millətlər Liqasının Portuqaliya final matçında Kriştiano Ronaldo ilə aralarındakı dialoqdan danışıb.

 

Sportal.az xəbər verir ki, "Ayaks"ın kapitanı 34 yaşlı hücumçunun onu "Yuventus"a dəvət etdiyini bildirib:

 

"Mənə "Yuventus"a gəl", -deyə müraciət etdi. Öncə nə dediyini anlamadım. Yenidən təkrarladı. Şok olmuşdum. Güldüm, bir şey deyə bilmədim. Niyə cavab vermədim? Çünki uduzduğumuz oyunlardan sonra üzgün oluram və tək düşüncəm məğlubiyyət olur".

 

19 yaşlı futbolçu gələcəyilə bağlı yekun qərar vermədiyini deyib:

 

"Transferimlə bağlı dəqiq vəziyyət yoxdur. Bir müddət transferi düşünməyəcəm. İstirahətə gedirəm. Dincələndən sonra qərar verəcəm. Çox uzun mövsüm oldu, yorulmuşam. Nə baş verəcəyini görəcəyik".

Xəbər xətti