Çempionlar Liqası: ilkin mərhələnin püşkü atıldı

UEFA Çempionlar Liqasında yeni mövsümün ilk mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, “Santa Koloma” (Andorra), “Feronikeli” (Kosovo), “Linkoln” (Cəbəllütariq) və “Tre Penne” (San Marino) klubları arasında bir klub Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq.

 

Yarımfinal mərhələsinin oyunları iyunun 25-də, final matçı isə 28-də keçiriləcək. Turnirin bütün qarşılaşmaları Kosovonun paytaxtı Priştina şəhərindəki “Fadil Vokkri” stadionunda keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycanı bu mövsüm Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. Ağdamlılar mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

 

Çempionlar Liqası, ilkin mərhələ, yarımfinal

25 iyun

 

"Feronikeli" (Kosovo) – "Linkoln" (Cəbəllütariq)
"Tre Penne" (San Marino) – "Santa Koloma" (Andorra)

Tarix: 11 İyun [15:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2019
26  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio