"Benfika" "Real"ın futbolçusunu transfer edir

00:29 - 18 İyun 2019

"Benfika" hücumçu transferi reallaşdıracaq.

 

Sportal.az Record.pt saytına istinadən xəbər verir ki, Lissabon klubu "Real"ın hücumçusu Raul De Tomasın transferini bitirmək üzrədir. Portuqaliya təmsilçisi bu keçid üçün madridlilərə 20 milyon avro təzminat ödəyəcək.

 

Raul ötən mövsüm icarə əsasında "Rayo Valyekano"da çıxış edib. 22 yaşlı forvard 33 oyuna 14 qol vurub, 2 assist edib.

Xəbər xətti