Vedat yekun qərarını açıqladı

00:40 - 5 İyul 2019

"Qalatasaray"la "Fənərbaxça"nın transfer hədəfində olan Türkiyənin "Rizəspor" klubunun hücumçusu Vedat Muriki gələcək karyerası ilə bağlı yekun qərarını verib.

 

Sportal.az xəbər verir ki, kovolu forvard sosial şəbəkə hesabında "Rizəspor"da qalmağa qərar verdiyini açıqlayıb. 25 yaşlı futbolçu müqaviləsinin sonuna qədər Rizə təmsilçisində çıxış edəcəyini vurğulayıb.

 

Kosovo yığmasının üzvünün "Rizəspor"la müqaviləsi gələn yay bitir.

Xəbər xətti