Karlo Ançelottidən Xames Rodriqes açıqlaması

18:28 - 9 İyul 2019

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti transfer hədəflərində olan "Real"ın yarımmüdafiəçisi Xames Rodriqeslə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis bu transferlə bağlı nikbin danışmayıb:

 

"Təəssüf ki, hazırda Xames bizim oyunçumuz deyil. Bəlkə də, heç vaxt olmayacaq. Bəlkə də, formamızı geyindi. Biz komandamızın güclənməsini istəyirik".

 

Kolumbiya millisinin üzvüylə İspaniyanın "Atletiko" klubu da maraqlanır.

 

Ötən günlərdə Xames gələcəyi ilə bağlı qərar vermədəyini demişdi: "Hələ hansı komandada oynayacağımı seçməmişəm. Bunu düşünmək üçün üç həftəm var. Hər şey mənə bağlı deyil. "Real"ın qərar verməsini gözləyəcəm. Mənimlə bağlı qərar verəcək adamlar var. Çox şey edə bilmərəm".

 

Qeyd edək ki, "Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü son iki mövsümü "Bayern"də keçirib.

Xəbər xətti