İspaniyanın "Valensiya" klubu müdafiəçisi Aymen Abdennurla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, tunisli futbolçu karyerasını Türkiyənin "Kayserispor" klubunda aparacaq. 29 yaşlı oyunçunun Super Liqa klubu ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
"Yarasalar" Abdennuru 2015-ci ildə Fransanın "Monako" klubundan 20 milyon avroya transfer etmişdi. Tunis millisinin üzvü 2017-2019-cu illəri icarə əsasında "Marsel"də keçirib.
saytlarin hazirlanmasi