"Qəbələ" "Boluspor"a qalib gəldi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” yerli “Boluspor” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Bu matçla Bolu toplanışını başa vuran "Qəbələ" Azərbaycana dönəcək.

 

Sənan Qurbanovun yetirmələri bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə qarşılaşmışdı.

 

Yoxlama oyunu

17 iyul

 

17:00. “Boluspor” (Türkiyə) - “Qəbələ” - 1:2

Qollar: Yasin Dülgər, 90 - Merab Qiqauri, 19, Klesio, 47

Bolu. “Koru” otelinin meydançası

"Qəbələ": Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Rasim Ramaldanov, Qismət Alıyev, Merab Qiqauri, David Volkov, Klesio, Fernan Lopes, Ülvi İsgəndərov, Kristian Kouakou.

Tarix: 17 İyul [18:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio