Marko Roysdan transfer etirafı: "Hamısına rədd cavabı verdim, peşman da deyiləm"

Almaniyanın "Borussiya" klubunun hücumçusu Marko Roys daha əvvəl aldığı transfer təklifləriylə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, almaniyalı futbolçu 2015-ci ildə ciddi təkliflər aldığını, ancaq Dortmund klubunda qaldığını bildirib:

 

"2015-ci ildə "Barselona", PSJ, "Arsenal", "Milan", "Mançester Siti" və "Mançester Yunayted" klubları uzun müddət məni transfer etmək üçün çalışdılar. Əlbəttə, bu təklifləri düşünürdük, yalan deməyəcəm. Lakin yekunda "Borussiya"da qalmağı seçdim. Qərarımdan heç də peşman deyiləm. Mən bura aidəm. "Borussiya" mənim klubumdur. Klubumla Bundesliqanın qalibi olmaq və Çempionlar Liqasının finalında oynamaq istəyirəm".

 

30 yaşlı futbolçu "Borussiya"nın yetirməsidir. Almaniya millisinin üzvü 2012-ci ildə Münhenqladbax "Borussiya"sından 17,1 milyon avroya transfer edilib.

Tarix: 18 İyul [14:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 İyul 2020
3  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio