"Sumqayıt" Türkiyə klubuna uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Türkiyənin “Diyarbəkirspor” klubu ilə qarşılaşıb.

 

“Çam” otelinin stadionunda keçirilən və Bakı vaxtı ilə saat 11:00-da başlayan matçda ötən gün “Ahal”la (Türkmənistan) oyunda forma geyinmək şansı qazanmayan futbolçular iştirak edib. Qarşılaşma sumqayıtlıların minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

 

“Ahal”a 1:0 qalib gələn “Sumqayıt” daha öncə Rumıniyanın “Petrolul” klubu ilə heç-heçə etmişdi – 2:2.

Tarix: 25 İyul [13:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 İyun 2020
5  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio