"Portu" Abubakarı transferə çıxardı

15:52 - 30 İyul 2019

Portuqaliyanın "Portu" klubu ötən mövsümün böyük hissəsini zədə səbəbindən buraxan Vinsent Abubakarı transfer çıxarıb.

 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, kamerunlu futbolçu təlim-məşq toplanışında zəif performans sərgilədiyi üçün bu addım atılıb.

 

Klub sərfəli təklifləri dəyərləndirməyə hazırdır.

 

27 yaşlı forvard 2014-cü ildən "əjdahalar"da çıxış edir. O, 2016/17 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirib.

 

Xəbər xətti