Ramildən Aleksandr Səmədova: "Səninlə eyni komandada oynamaq çox xoş idi"

13:55 - 31 İyul 2019

Azərbaycan millisinin və Moskvanın "Dinamo" klubunun hücumçusu Ramil Şeydayev karyerasını başa vurduğunu açıqlayan Aleksandr Səmədova vida müsajı yollayıb.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı forvard sosial şəbəkə hesabında Səmədova gələcək fəaliyyətində uğurlar arzu edib:

 

"Peşəkar futbol karyerasını rəsmi olaraq sonlandırmış Aleksandr Samedova gələcək fəaliyyətində uğurlar arzulayıram. Qısa da olsa səninlə eyni komandada oynamaq çox xoş idi".

 

"Moskva"nın "Spartak" klubunun yetirməsi olan Azərbaycan əsilli futbolçu peşəkar karyerasına məhz bu komandada başlayıb. Səmədov "Lokomotiv" (Moskva), "Moskva", "Dinamo" (Moskva) klublarında da çıxış edib. Onun sonuncu klubu "Krılya Sovetov" olub. Təcrübəli futbolçu 2011-2018-ci illərdə Rusiya millisində 53 oyun keçirib və 7 qol vurub. Səmədov DÇ-2018-dən sonra milli karyerasını başa vurmuşdu.

 

Xəbər xətti