"Lill"in prezidenti Pepenin "Arsenal"a transferini açıqladı

Fransanın "Lill" klubunun prezidenti Jerar Lopes Nikolas Pepenin "Arsenal"a transfer olduğunu açıqlayıb.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, klub prezidenti başqa klubların da 24 yaşlı futbolçunu transfer etməyə çalışdığını deyib:

 

"Pepenin transferi üçün "İnter", "Atletiko", "Mançester Yunayted" və PSJ ilə görüşdük. Ancaq istədiyimiz məbləği "Napoli" və "Arsenal" ödəməyə hazır oldu. Günün sonunda isə dueli London klubu qazandı. Bu transferdən 80 milyon avroya yaxın təzminat götürəcəyik. "Napoli" və "Arsenal"ın planları Pepeni cəlb etdi və yekunda seçimini etdi".

 

"Lill" Pepeni 2017-ci ildə "Anje"dən 10 milyon avroya transfer edib. Fil Dişi Sahili millisinin üzvü ötən mövsüm Liqa 1-də 38 oyuna 22 qol vurub, 11 assist edib.

 

Tarix: 1 Avqust [18:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio