Zaur Həşimov: "Dinamo"ya qarşı bərabər mübarizə apara bilərdik"

01:06 - 2 Avqust 2019

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ” matçından (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, Həşimov məğlubiyyəti şərh edib:

 

“Dinamo” zəif komanda deyil. Analiz zamanı da bunu görmüşdük. Onlar oyunda da göstərdilər ki, layiqli komandaları var. Bugünkü heyətlə də “Dinamo”ya qarşı bərabər mübarizə apara bilərdik. Amma müəyyən səbəblərdən tam hazır ola bilmədiyimiz üçün hər iki görüşdə məğlub olduq. Həkimlərin rəyinə görə zədələnərək əvəzlənən İvitsa Juniçin almacıq sümüyündə sınıq var. O, əməliyyat olunmalıdır”.

Xəbər xətti