Yaşar Vahabzadə: “Hələ çox işləməliyik”

15:47 - 10 Avqust 2019

“Kəpəz” yeni mövsüm üçün hazırlığın ilk mərhələsini başa vurub. Gəncədə bir həftə müddətində məşq etmiş komanda üzvləri əsasən bərpaedici çalışmalar üzərində işləyib. Bu müddətdə məşqçilər korpusu həm də baxışda olan yeni futbolçuları nəzərdən keçirib.

 

Sportal.az xəbər verir ki, komandanın doğma meydandakı hazırlığı ilə bağlı baş məşqçi Yaşar Vahabzadə klubun mətbuat xidmətinə açıqlama verib:

 

“Bu ayın əvvəlindən məşqlərə başlamışıq. Son bir neçə gündə səhər və axşam olmaqla gündə iki dəfə hazırlıq keçmişik. Gəncədəki toplanışın son günündə ikitərəfli oyun keçirib uşaqlara bir daha baxdıq. Pis deyillər, vəziyyətləri qənaətbəxşdir, çalışdılar ki, özlərini ən yaxşı tərəfdən göstərə bilsinlər. Amma hələ çox işləməliyik. Bakıda gündə iki dəfə məşq edəcəyik. Səhərlər fiziki hazırlıq, axşam məşqlərində isə taktika üzərində işləyəcəyik. Futbolçuların taktiki biliyi o qədər də yaxşı səviyyədə deyil. Paytaxtda bizə yeni uşaqlar da qoşulacaqlar. Toplanışda onlara baxacağıq. Hər bir mövqeyə oyunçu lazımdır”.

Xəbər xətti