"Fənərbaxça" "Haddersfild"in futbolçusunu transfer etdi

00:11 - 11 Avqust 2019

"Fənərbaxça" İngiltərənin "Haddersfild" klubunun müdafiəçisi Matias Yorqensen Zankanı transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Danimarka millisinin üzvü ilə 3+1 illik müqavilə imzalanıb. Bu keçid üçün İstanbul təmsilçisi 2 milyon avrosundan keçib. 29 yaşlı futbolçunun illik maaşı 1,7 milyon avro olacaq.

 

"Haddersfild" Qambiya əsilli danimarkalı futbolçunu 2017-ci ildə "Kopenhagen"dən 2,4 milyon avroya transfer etmişdi.

Xəbər xətti