"Ayaks"dan 5 cavabsız qol - VİDEO

01:19 - 11 Avqust 2019

Hollandiya Erediviziyasında 2-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, ÇL-in pley-off mərhələsində "Qarabağ"ın potensial rəqibi olan son çempion "Ayaks" evdə "Emmen"ə 5:0 hesabı ilə qalib gəlib.

 

Amsterdam klubu 2 oyundan sonra 4 xal toplayıb. "Emmen"in aktivində xal yoxdur.

 

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırsa, pley-off-da PAOK - "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda qalib müəyyənləşməyib - 2:2. "Qarabağ" isə Kiprdən 2:1 hesablı qələbə ilə dönüb.

 

"Ayaks" - "Emmen" - 5:0

Qollar: Donni Van de Beek, 27, Hakim Ziyeş, 47, Duşan Tafiç, 66, Klas Yan Huntelaar, 80, 88

 

Xəbər xətti