"Zirə" millinin üzvləri ilə müqavilə imzaladı - FOTOLAR

Ötən mövsüm "Zirə"nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçularla 3 illik yeni müqavilə bağlanılıb. Bu futbolçulardan Cəlal Hüseynov əsas komandanın Türkiyədəki təlim-məşq toplanışında da iştirak etmişdi. Vüsal Əliyev isə komanda Bakıya döndükdəkn sonra məşqlərə cəlb olunub. 


Cəlal Hüseynov və Vüsal Əliyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvüdü. Hüseynov sözügedən yaş qrupu üzrə millinin kapitanıdır.

 

Image may contain: 2 people, people smiling, people standing and outdoor

Image may contain: 2 people, people sitting

Image may contain: 3 people, people standing and outdoor

 

Tarix: 11 Avqust [17:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio