"Qarabağ" və APOEL meydana bu formalarla çıxacaq - FOTO

11:01 - 13 Avqust 2019

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin APOEL klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" oyuna qara rəngli formada çıxacaq. Qonaqların futbolçuları isə göy və sarı rəngli formaları geyinəcək.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək. Cütün ilk oyununda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.

 

Image

Xəbər xətti