"Bney Yehuda" "Neftçi"yə qarşı 5 müdafiəçi ilə oynayacaq

17:17 - 14 Avqust 2019

Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ni qəbul edəcək "Bney Yehuda"nın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

 

Sportal.az İsrail mətbuatına istinadən xəbər verir ki, Amit Zenati cavab görüşünü buraxmalı olacaq.

 

Ondan fərqli Paz Ben Ari və Eitan Velblumun vəziyyəti ürəkaçandır və onlar "18-liy"ə salına bilər.

 

İsrail mətbuatı baş məşqçi Yossi Abukasisin start heyətində heç bir dəyişiklik etməyəcəyini vurğulayıb. Komanda Bakıdakı "11-lik"lə meydana çıxacaq və yenə 5-li müdafiə sistemi ilə çıxış edəcək.

 

Sabah Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bakıdakı ilk matçda qollu bərabərlik (2:2) qeydə alınıb.

Xəbər xətti