Vurğun Hüseynov 300-ə çatdı

Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar oldu.

 

Sportal.az xəbər verir ki, komandasının kapitanı olan təcrübəli müdafiəçi ölkə çempionatlarında 300-cü oyununu keçirdi. “Qəbələ” ilə səfər matçında yubiley qeyd edən Vurğun bu müddətdə 8 qol vurub.

 

Karyerasına 2005/06 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 qol vurub. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 dəfə fərqlənib. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəldi.

 

Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu oldu.

 

Tarix: 18 Avqust [11:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio