Rusiyalı məşqçi: "Ramil Şeydayev xamdır, tam "bişməyib"

Moskva "Dinamo"sunun keçmiş baş məşqçisi Andrey Kobelyev "Sport-Ekspress" nəşrinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis paytaxt klubunun transfer siyasəti haqda danışıb. Kobolyev Moskva klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxışına da qiymət verib:

 

"20 milyon avro İngiltərədə elə də ciddi məbləğ deyil. Bizdə isə böyük rəqəmdir. Ona görə də bu qiymətə alınan futbolçunun dərhal komandaya xeyir verəcəyini gözləmək haqqımız var. Düşünürəm ki, "Dinamo"nun seleksiyaçıları, idman və baş direktoru, yəqin ki, "Krılya Sovetov"dan gələn Şeydayevin qarşısına avrokuboklara düşmək hədəfi qoyan komandada nəticə verəcəyini gözləmirdi. Bu, absurd olardı. Ona görə də sualı "Dinamo" rəsmilərinə vermək lazımdır ki, Ramili niyə komandaya götürüblər. Əlbəttə, bünövrəsi var. Ancaq ciddi məsələlərin həlli üçün hələ xamdır, tam "bişməyib".

 

Ramil yayda "Dinamo" ilə bir illik müqavilə imzalayıb. 22 yaşlı forvard bu mövsüm beş oyuna bir assist edib.

Tarix: 20 Avqust [18:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2019
22  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio