"Beşiktaş" erməni futbolçudan qurtuldu - 2,25 milyon avroya

01:21 - 21 Avqust 2019

“Beşiktaş” Ermənistan millisinin üzvü Araz Ozbilizlə yolları ayırıb.

 

Sportal.az "Hürriyət"ə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Özbilizə 2,25 milyon avro kompensasiya ödənilib.

 

2016-cı ildə Moskva “Spartak”ından 1,3 milyon avroya transfer edilən futbolçu icarə əsasında İspaniyanın “Rayo Valyekano”, Moldovanın "Şerif" və Hollandiyanın "Villem II" klublarında çıxış edib.

Xəbər xətti