"Qarabağ" "Qəbələ"ni, "Keşlə" "Sabah"ı məğlub etdi - YENİLƏNİB

22:54 - 25 Avqust 2019

Azərbaycan Premyer Liqasında ikinci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. 

 

"Keşlə" səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəlib. "Qarabağ" evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub yola salıb..

 

25 avqust (bazar)

 

18:45 “Sabah” – “Keşlə” - 0:1

Qol: Vüsal İsgəndərli, 45+1
Qırmızı vərəqə: Sezar Meza Kolli, 73 ("Keşlə")

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”

 

21:00 “Qarabağ” – “Qəbələ” - 3:0

Qollar: Riçard Almeyda, 61 (pen.), Maqaye Qeye, 63, Abdullah Zubir, 79
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Azersun Arena”

Xəbər xətti