"Barselona" Neymarın transferini bitirir - klub rəsmisindən açıqlama

16:45 - 28 Avqust 2019

"Barselona"nın idarə heyətinin üzvü Xavyer Bordas "Le Parisien"ə açıqlamasında PSJ-nin hücumçusu Neymarı transfer etmək üzrə olduqlarını deyib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi anlaşma olmadığını, ancaq buna yaxın olduqlarını deyib:

 

"Neymar məsələsində anlaşma yoxdur. Danışıqlar davam edir və məncə, transferə çox yaxınıq".

 

AS nəşri kataloniyalıların bu keçid üçün 160 milyon avro və bonuslar təklif etdiyini yazmışdı. "Barselona" bu məbləği taksitlə ödəmək niyyətindədir. Danışıqların davam etdiyi və tezliklə anlaşma əldə ediləcəyi gözlənilir.

 

PSJ 27 yaşlı futbolçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib. Braziliya millisinin üzvü parislilərin heyətində 58 oyuna 51 qol vurub, 29 assist edib.

Xəbər xətti