"Linfild"in kapitanı: "Üstünlüymüz böyük əhəmiyyət kəsb etmir"

19:09 - 28 Avqust 2019

"Linfild"in kapitanı Ceymi Malqryu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la sabah keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu qarşılaşmanın çətin keçəcəyini bildirib: “Kiçik üstünlüyümüz var. Amma bu, çox da böyük əhəmiyyət kəsb etmir. Xüsusən də, “Qarabağ” kimi güclü komandaya qarşı”.

 

Şimali İrlandiyalı yarımmüdafiəçi “Bakı gözəldi, yoxsa “Qarabağ”ın oynadığı futbol” sualını belə cavablandırıb: “Əla şəhərdir, gözəl insanları var. Gözləntilərimizi qarşıladı. O ki qaldı oyuna, indiyə qədər qarşılaşdığımız ən çətin rəqiblərdən biri “Qarabağ” idi. Sabah da çətin olacaq və “Qarabağ”ın oyun səviyyəsini artıracağını düşünürəm”.

Xəbər xətti