"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

11:11 - 30 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsindən sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, "Linfild"ə 2:1 hesabı ilə qalib gələrək ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrupuna yüksələn "Qarabağ" Azərbaycana 0,250 xal qazandırıb.

 

Bununla da, Azərbaycan son 5 mövsümdəki xallarını 17,750-ə çatdırıb. Azərbaycan əvvəlki kimi 26-cı pillədə qalıb. Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 18.750 xalı var.

 

Xəbər xətti