"Atalanta"dan Martin Şkrtellə bağlı gözlənilməz qərar

14:14 - 1 Sentyabr 2019

21 gün əvvəl İtaliyanın "Atalanta" klubu ilə müqavilə imzalayan slovakiyalı müdafiəçi Martin Şkrtel komandadan ayrılıb.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi 34 yaşlı futbolçunun müqaviləsini qarşılıqlı razılaşma ilə ləğv edib. Təcrübəli futbolçunun fiziki cəhətdən hazırlığı məşqçilər korpusunu qane etmədiyi üçün belə addım atılıb.

 

"Atalanta" "Fənərbaxça" ilə müqaviləsi bitən futbolçu ilə 1 illik müqavilə imzalamışdı. Şkrtel yeni klubunda debüt etməyib.

Xəbər xətti