Eltun Turabov oynadı, komandası "Skenderbeu"nu böyük hesabla məğlub etdi

Albaniya Super Liqasında üçüncü turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" "Skenderbeu"nun qonağı olub və 3:0 hesablı qələbə qazanıb. Bu, "Biliş"in cari mövsüm qazandığı ilk qələbə olub.

 

22 yaşlı müdafiəçi start heyətdə yer alıb və sonadək oynayıb. Eltun 70-ci dəqiqədə sarı vərəqə alıb.

 

"Biliş" üç turdan sonra dörd xal toplayıb. Komanda on komanda arasında altıncıdır.

Tarix: 2 Sentyabr [11:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio