Anton Krivotsyuk üzr istədi

"Neftçi"nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda "Sumqayıt"la matçın sonlarında iştirak etdiyi insidentdə hərəkətinə görə üzr istəyib.

 

Sportal.az xəbər verir ki, milli üzvü olan müdafiəçi bununla bağlı "İnstagram" hesabında paylaşıb:

 

"Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insananıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansınsa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacağam".

 

"Sumqayıt"la oyunda “Neftçi” qələbə topunu vurarkən meydanda ara qarışıb. “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə alıb.

Tarix: 2 Sentyabr [12:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio