Ronaldo vəsiyyətnamə yazdı - varisi sevgilisi olacaq

15:38 - 3 Sentyabr 2019

“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo vəsiyyətnamə yazıb. 

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu vəkili ilə vəsiyyətnamənin detallarını müzakirə edib.

 

Ronaldonun əsas varisi sevgilisi Corcina Rodriges olacaq.

 

34 yaşlı futbolçunun var-dövləti 300 milyon avronu aşır.

 

Ronaldo və Rodriges 2018-ci ildən birgədir. Cütlüyün bir qız övladı var. Onun digər üç oğlan övladı surroqat qadındandır.

Xəbər xətti