"Keşlə"dən ayrılan futbolçu Yamayka klubunda

17:17 - 4 Sentyabr 2019

"Keşlə"dən ayrılan yamaykalı hücumçu Andre Klennon karyerasını ölkəsində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı forvard yüksək liqa təmsilçisi "Hambl Lions"a transfer olub. Klub saytının məlumatına görə, Klennonla bir illik müqavilə imzalanıb.

 

Yamayka millisinin üzvü 2018-2019-cu illərdə "Keşlə"də 26 oyuna 4 qol vurub.

Xəbər xətti