Rakitiç razı oldu, "Barselona" satmadı

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç İtaliyanın "Yuventus" klubuna transfer olmağa yaxın olub.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu Turin təmsilçisinin təklifini qəbul edib. Lakin kataloniyalılar 31 yaşlı futbolçunu satmağa razı olmayıb. "Barselona" Rakitiç əvəzinə qarşı tərəfdən Əmrə Canı istəyib. Bu səbəbdən də transfer danışıqları müsbət yekunlaşmayıb.

 

Rakitiç "Barselona"da az şans qazanacağını düşündüyü üçün klubdan ayrılmaq istəyir. 

 

"Yuventus"un qışda bu transferi həl etməyə çalışacağı bildirilir.

Tarix: 5 Sentyabr [14:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Yanvar 2020
17  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio