Cengiz Ünderin durumuna aydınlıq gəldi

12:56 - 11 Sentyabr 2019

Türkiyə millisində zədələnən "Roma"nın futbolçusu Cengiz Ünderin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Andorra ilə oyun öncəsi məşqdə zədə alan futbolçu beş həftəlik sıradan çıxıb.

 

Sağ ayaq baldırından zədələnən 22 yaşlı vinger "canavarlar"ın A Seriyasında "Sassuolo", "Leççe", "Atalanta", "Bolonya" və "Kalyari" ilə matçlarını buraxacaq. Bundan əlavə, Cengiz Avropa Liqasında "Başakşəhər" və "Volfsberqer"ə qarşı oynamayacaq.

 

Cengiz bu mövsüm A Seriyasında iki oyuna bir qol vurub.

Xəbər xətti